İlham Əliyev Braziliya və Boliviya prezidentlərini təbrik etdi

Posted by

İlham Əliyev Braziliya və Boliviya prezidentlərini təbrik etdiİlham Əliyev Braziliya və Boliviya prezidentlərini təbrik etdi

İlham Əliyev Braziliya və Boliviya prezidentlərini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti xanım Dilma Russeffə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: “Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Braziliya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Braziliya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.

Dövlətimizin başçısı Boliviya Çoxmillətli Dövlətinin Prezidenti Evo Morales Aymanı da təbrik edib.

Məktubda qeyd olunur: “Boliviya Çoxmillətli Dövlətinin Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Boliviya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı istiqamətində qarşılıqlı səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə ən xoş arzularımı yetirir, dost Boliviya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.

 

Trend.az