İlham Əliyev: “ASAN xidmət” yeniləşən Azərbaycan üçün çox böyük fayda verən bir xidmətdir”

Posted by

İlham Əliyev: “ASAN xidmət” yeniləşən Azərbaycan üçün çox böyük fayda verən bir xidmətdir”

“ASAN xidmət”ə 1 il ərzində 1 milyona yaxın müraciət olub və hamı da bu xidmətdən razı qalıb.

 

Gün.Az AzərTac-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Gəncə “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olan zaman bildirib.

 

“Bu, yeni bir xidmətdir. Yeniləşən Azərbaycan üçün çox böyük fayda verən bir xidmətdir. Əlbəttə, bizim bütün dövlət qurumları, vətəndaşlarla birbaşa ünsiyyətdə olan qurumlar getdikcə bu səviyyədə xidmət göstərməlidir ki, heç bir bürokratiyaya, rüşvətxorluğa, korrupsiyaya yol verilməsin”.

 

Dövlət başçısı bildirib ki, bu nümunədən başqa ölkələr də heç istisna olunmur ki, istifadə edəcəklər.

 

“Dəfələrlə dediyim kimi, “ASAN xidmət” Azərbaycan məhsuludur, Azərbaycanın ixtirasıdır və istisna olunmur ki, başqa ölkələr də bu nümunədən istifadə edəcəklər. Hər halda məndə olan məlumata görə, başqa ölkələrdə də xidmətin fəaliyyətinə böyük maraq vardır”.

 

Prezident İ.Əliyev vurğulayıb ki, bu il Azərbaycanda ən azı 4, bəlkə də 5 yeni “ASAN xidmət” mərkəzi yaradılacaq.

 

Azərbaycan Prezidenti qeyd edib ki, bu xidmət bütün bölgələrdə olmalıdır.

 

“Bütün bölgələrdə, hər bir şəhərdə belə xidmət olmalıdır. Bu xidmətin bir əlamətdar tərəfi ondan ibarətdir ki, burada işlərə könüllülər qoşulurlar. Könüllülər qruplarının fəaliyyəti hesab edirəm ki, cəmiyyətin uğurlu inkişafı üçün də öz rolunu oynayacaqdır”.

 

Gün.Az