Latviya XİN rəhbəri: “Dağlıq Qarabağ münaqişәsi beynәlxalq hüquq prinsiplәrinә әsasәn әrazi bütövlüyü vә suverenlik çәrçivәsindә hәll olunmalıdır”

Posted by

Latviya XİN rəhbəri: “Dağlıq Qarabağ münaqişәsi beynәlxalq hüquq prinsiplәrinә әsasәn әrazi bütövlüyü vә suverenlik çәrçivәsindә hәll olunmalıdır"“Biz Dağlıq Qarabağ münaqişәsinin sülh yolu ilә hәllini dәstәklәyirik”.

Latviya XİN rəhbəri: “Dağlıq Qarabağ münaqişәsi beynәlxalq hüquq prinsiplәrinә әsasәn әrazi bütövlüyü vә suverenlik çәrçivәsindә hәll olunmalıdır"

APA-nın Latviya Xarici İşlәr Nazirliyinә istinadәn verdiyi mәlumata görә, bu sözlәri Latviyanın xarici işlәr naziri Edqar Renkeviç Latviyada sәfәrdә olan Azәrbaycan xarici işlәr naziri Elmar Mәmmәdyarovla görüşündәn sonra keçirdiyi mәtbuat konfransında deyib. Onun sözlәrinә görә, münaqişә beynәlxalq hüquq prinsiplәrinә әsasәn әrazi bütövlüyü vә suverenlik çәrçivәsindә hәll olunmalıdır.

 

Görüş zamanı latviyalı nazir ikitәrәfli әlaqәlәrin inkişafının vacibliyini qeyd edib. Hәr iki nazir Latviya vә Azәrbaycanın aviasiya, nәqliyyat vә logistika kimi sahәlәrdә investisiya üçün böyük potensialının olduğunu qeyd edib.

 

May ayında Riqada keçirilmәsi planlaşdırılan Şәrq tәrәfdaşlığı Sammitinә gәlincә Edqar Renkeviç Azәrbaycanın bu tәdbirdә әn yüksәk sәviyyәdә iştirak edәcәyinә ümid etdiyini bildirib.

 

Xarici işlәr naziri Elmar Mәmmәdyarov Azәrbaycanın Aİ ilә strateji tәrәfdaşlıq haqqında sәnәd imzalamaqda maraqlı olduğunu deyib. Tәrәflәr İranın nüvә proqramı istiqamәtindә әldә edilәn razılaşmanı alqışlayıblar. Hәmçinin Ukrayna mәsәlәsi ilә bağlı da fikir mübadilәsi aparılıb.

 

Apa.az