Əlaqələndirici: “ASAN xidmət” kimi səmərəli və operativ xidmətlərin göstərilməsinə ATƏT-in nadir üzv dövlətlərində rast gəlinir

Posted by

Əlaqələndirici: "ASAN xidmət" kimi səmərəli və operativ xidmətlərin göstərilməsinə ATƏT-in nadir üzv dövlətlərində rast gəlinirƏlaqələndirici: “ASAN xidmət” kimi səmərəli və operativ xidmətlərin göstərilməsinə ATƏT-in nadir üzv dövlətlərində rast gəlinir

Əlaqələndirici: "ASAN xidmət" kimi səmərəli və operativ xidmətlərin göstərilməsinə ATƏT-in nadir üzv dövlətlərində rast gəlinir

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski ilə görüşüb.

 

Trend nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan və ATƏT arasında səmərəli əlaqələri vurğulayan nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hərtərəfli tərəqqisini, o cümlədən məhkəmə-hüquq sisteminin inkişafını qeyd edib, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsindən, hakimlərin sayının artırılmasından və onların Avropada ən şəffaf seçimindən, habelə ədliyyə, o cümlədən penitensiar sistemin müasirləşdirilməsindən danışıb, həyata keçirilən islahatlarda, xüsusilə hakimlərin tədrisində ATƏT-in fəal iştirakını vurğulayıb.

 

Azərbaycanda fəaliyyət göstərdiyindən məmnunluğunu ifadə edən qonaq ölkəmizin dinamik inkişafını və siyasi nüfuzunun günbəgün artdığını bildirib və mütərəqqi yenilikləri, o cümlədən Azərbaycanın brendi olan “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini təqdir edərək vurğulayıb ki, belə səmərəli və operativ xidmətlərin göstərilməsinə ATƏT-in nadir üzv dövlətlərində rast gəlinir. A.Şahtaxtinski, həmçinin məhkəmə və ədliyyə sahəsindəki nailiyyətləri maraqla qarşılayıb, islahatlara dəstək göstərmək üçün müxtəlif layihələrin keçirilməsinə dair konkret təkliflər irəli sürüb.

 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, Ədliyyə Akademiyasının potensialının gücləndirilməsi, hüquqşünasların treninqi və s. ətrafında faydalı fikir mübadiləsi aparılıb.

 

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub.

 

Trend/az