Krım tatarları öz müqəddəratını təyinetmə hüququndan istifadə etməyə hazırlaşır

Posted by

Rufat Çubarov: “Tezliklə Qurultayı toplayıb qərar qəbul edəcəyik”

Krım tatar xalqının Qurultayı yaxın vaxtlarda toplanaraq Krım tatarlarının öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi məsələsinə baxacaq. APA-nın Ukraynanın “Zerkalo nedeli” saytına istinadən verdiyi məlumata görə, bunu Krım Tatar Məclisinin sədri Rufat Çubarov deyib. (Qeyd edək ki, Krım Tatar Məclisi həm Ukrayna Ali Radası, həm də Krımın separatçı parlamenti tərəfindən Krım tatarlarının qanuni özünüidarə orqanı kimi rəsmən tanınıb).

R. Çubarov heç vaxt öz müqəddəratını təyinetmə hüququndan imtina etmədiklərini söyləyib: “Bunu hansı formada həyata keçirəcəyimizə tezliklə qərar verəcəyik. Biz tezliklə Qurultayı toplayacağıq. Krım tatarları istənilən halda öz yurdunda qalacaq və talelərini özləri müəyyənləşdirəcəklər”.

Məclis sədri bildirib ki, Krım tatarları və Krımda yaşayan bir çox ukraynalılar 16 mart referendumu boykot edib.

Xatırladaq ki, Rusiya öz addımlarını Krım əhalisinin BMT Nizamnaməsində nəzərdə tutulan öz müqəddəratını təyinetmə hüququndan istifadə etməsi ilə əsaslandırır.

Apa.az