Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının bəzi müddəalarına uyğunluğunun yoxlanılması barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin sorğusuna baxılaraq icraata qəbul olunması haqqında qərardad çıxarılmışdır.
Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 28-nə təyin edilmiş iclasında baxılacaqdır.
AzərTac.az