Konqresmenlər və ABŞ elmi-tədqiqat mərkəzlərinin nümayəndələri regionda təhlükəsizliyin qorunub saxlanmasında, iqtisadi inkişafda və ABŞ-ın dəstəklənməsində Azərbaycanın rolunu xüsusi vurğulamışlar

Posted by

Konqresmenlər və ABŞ elmi-tədqiqat mərkəzlərinin nümayəndələri regionda təhlükəsizliyin qorunub saxlanmasında, iqtisadi inkişafda və ABŞ-ın dəstəklənməsində Azərbaycanın rolunu xüsusi vurğulamışlar

Konqresmenlər və ABŞ elmi-tədqiqat mərkəzlərinin nümayəndələri regionda təhlükəsizliyin qorunub saxlanmasında, iqtisadi inkişafda və ABŞ-ın dəstəklənməsində Azərbaycanın rolunu xüsusi vurğulamışlar

Konqresmenlər və ABŞ elmi-tədqiqat mərkəzlərinin nümayəndələri regionda təhlükəsizliyin qorunub saxlanmasında, iqtisadi inkişafda və ABŞ-ın dəstəklənməsində Azərbaycanın rolunu xüsusi vurğulamışlar

Aprelin 30-da Vaşinqtonda “ABŞ-Azərbaycan: Gələcəyə baxış” Forumu işini davam etdirmişdir. “ABŞ-Azərbaycan strateji tərəfdaşlığı və Xəzər regionunda əməkdaşlıq” mövzusunda sessiyasında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış etmişdir. Diplomat vurğulamışdır ki, mədəni müxtəliflik Azərbaycanın əsas xüsusiyyətidir. Bunu ABŞ haqqında da demək olar. Bu amil ölkələrimizi birləşdirir.

Sonra sessiya iştirakçıları qarşısında çıxış edən konqresmenlər ABŞ ilə Azərbaycan arasında strateji münasibətlər barədə söhbət açmışlar. Florida ştatından Konqresin üzvü İliana Ros-Letinen qeyd etmişdir ki, son 20 ildə Azərbaycan terrorizmə qarşı mübarizədə ABŞ-ın etibarlı müttəfiqi olmuşdur. Texas ştatından konqresmen Henri Kuelar isə vurğulamışdır ki, Avropa İttifaqının Avropanın qaz ilə təchizatının şaxələndirilməsi üzrə səylərində Azərbaycan mühüm rol oynayır.

Pensilvaniya ştatından konqresmen Maykl Doyl, Kaliforniyadan Konqresin üzvü Pol Kuk Amerika-Azərbaycan tərəfdaşlığının vacibliyini vurğulamışlar. Nyu-Yorkdan olan konqresmen Qreys Menq Azərbaycan xalqının zəngin mədəni dəyərlərindən söhbət açmışdır.

ABŞ Konqresində Azərbaycan ilə əlaqələr üzrə işçi qrupunun Pensilvaniyadan olan həmsədri Bill Şuster artıq 20 il müddətində qüvvədə olan “Azadlığa dəstək aktı”na ədalətsiz 907-ci düzəlişi ləğv etməyə çağırmışdır. Ohayo ştatından konqresmen Maykl Törner Azərbaycan rəhbərliyinə ABŞ-ı dəstəklədiyinə görə təşəkkürünü bildirmişdir. Pensilvaniyadan Konqresin üzvü Çarli Dent Cənubi Qafqazda sabitliyin qorunub saxlanmasında Azərbaycanın rolu mövzusuna toxunaraq vurğulamışdır ki, müstəqil Azərbaycan regionda təhlükəsizliyin dayağıdır.

Konqresmenlərin səhər qəbulundan sonra “Stratfor” Analitik Mərkəzinin prezidenti Corc Fridmanın moderatorluğu ilə “Azərbaycan qlobal böhranlı məqamlarda etibarlı dostdur” mövzusunda birinci sessiya keçirilmişdir. Sessiyada Hudson İnstitutunun Elmi-Tədqiqat Mərkəzinin direktoru və baş elmi araşdırıcısı Riçard Ueyts, Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin rəhbəri Səməd Seyidov, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar, Heritage Fondunun böyük elmi işçisi Ariel Koen, ABŞ Silahlı Qüvvələrinin Strateji Yerdəyişmələr üzrə Birləşmiş Komandanlığının (İllinoys ştatındakı Skott hərbi hava bazası) komandiri general Dankan MakNabb, ABŞ Almaniya Marşall Fondunun böyük elmi işçisi Temuri Yakobaşvili, ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini Evelin Farkas çıxış etmişlər.

R.Ueyts Azərbaycanın bölgədəki rolunun əhəmiyyətindən danışaraq ölkəmizin regionlararası enerji və təhlükəsizlik layihələrinin təşəbbüskarı olduğunu vurğulamışdır. O, daha sonra bildirmişdir ki, Azərbaycan ABŞ təyyarələrinin Əfqanıstana uçması və yaralı Amerika əsgərlərinə tibbi yardım göstərilməsi məqsədilə onların Bakıdan keçməklə evakuasiya edilməsi üçün öz hava məkanından istifadəyə icazə vermiş ilk ölkə olmuşdur.

Səməd Seyidov sessiya iştirakçıları üçün təqdimatında “etibarlı dost” anlayışını açıqlayaraq qeyd etmişdir ki, Azərbaycan ABŞ-ın etibarlı, faydalı, düzgün, vicdanlı, etimada layiq olan və onu dəstəkləyən dostudur, Ermənistan isə əksinə, ABŞ üçün faydasızdır.

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Birləşmiş Ştatlar ilə ölkəmiz arasında əlaqələrin son dərəcə vacib olduğunu vurğulamış, Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi üçün Bakını və Yerevanı konkret addımlar atmağa çağırmışdır. Səfir 19 il bundan əvvəl Azərbaycana ilk dəfə səfər edərkən aldığı təəssüratları indiki təəssüratları ilə müqayisə edərək ölkəmizin olduqca inkişaf etməsindən söhbət açmış və qeyd etmişdir ki, Bakıya gələn insanlar özlərini sanki möcüzələr aləmində hiss edirlər.

ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Evelin Farkas iki ölkə arasında, o cümlədən sülhyaratma sahəsində, sərhədlərin təhlükəsizliyinin və dənizdə təhlükəsizliyin təmin edilməsi sahəsində əlaqələrin möhkəmlənməsini, Şimal Paylaşdırma Şəbəkəsinin inkişafına Azərbaycanın töhfəsini qeyd etmiş, general Dankan Maknab isə bu şəbəkənin Cənub marşrutunun yaradılmasında Prezident İlham Əliyevin səylərini vurğulamışdır.

Heritage Fondunun böyük elmi işçisi Ariel Koen bildirmişdir ki, Azərbaycan ABŞ üçün geosiyasi əhəmiyyət kəsb edir.

ABŞ Almaniya Marşall Fondunun böyük elmi işçisi Temuri Yakobaşvili Azərbaycanın öz dostlarına sədaqətli, həm dövlətlərə, həm də ayrı-ayrı şəxslərə münasibətdə etibarlı tərəfdaş olmasını diqqətə çatdırmışdır.

ABŞ Konqresinin Pensilvaniyadan olan üzvü Çarli Dent əsas məruzə ilə çıxış etmişdir. O, Azərbaycan kimi etibarlı müttəfiqin vacibliyini vurğulamış və BMT-nin Baş Məclisində ABŞ-ın dəstəklənməsinə görə Azərbaycana təşəkkürünü bildirmişdir.

 

AzərTac.az