Konqresmen Stiv Stokman: Ermənistan Azərbaycanın hava sərhədinin pozulmasına görə məsuliyyət daşıyır

Posted by

Texas ştatından olan konqresmen Stiv Stokman Ermənistanın hərbi hava qüvvələRi tərəfindən Azərbaycanın hava sərhədinin pozulması ilə əlaqədar, Ermənistan silahlı qüvvələrinə məxsus Mi-24 helikopterinin vurulması barədə bəyanatla çıxış edib.

Konqresmenin ictimaiyyətə müraciətində bildirilir ki, işğal edilmiş Qarabağda təmas xətti boyunca münaqişənin genişlənməsi ABŞ Konqresini narahat edir. O vurğulayıb: “Təəssüf ki, bu yaxınlarda gərginliyin artması, Azərbaycanın hava sərhədini pozmuş Ermənistan hərbi hava qüvvələrinə məxsus helikopterin məhv edilməsi ilə nəticələnib. Bu hadisədə insanların həlak olması kədər doğurur, lakin Ermənistan komandanlığı helikopterin heyətinə Azərbaycan ərazisinə keçmək barədə verilmiş əmrə görə məsuliyyət daşıyır”.

S.Stokman daha sonra Ermənistanı və Azərbaycanı münaqişəni dinc yolla nizamlamağa, beynəlxalq miqyasda tanınmış sərhədlərə və ərazi bütövlüyünə, o cümlədən hər iki ölkənin hava sərhədlərinə hörmətlə yanaşmağa çağırır. Bəyanatda vurğulanır ki, Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşündən sonra bu hadisənin baş verməsi təəssüf doğurur, halbuki həmin görüşdə münaqişənin dinc yolla tənzimlənməsinə çox ümid vardı.

S.Stokman bəyanatın sonunda Ermənistanı və Azərbaycanı təmkin nümayiş etdirməyə, münaqişə zonasında sabitliyi poza biləcək hərəkətlərə yol verməməyə çağırıb. Konqresmen ABŞ Prezidentini də ATƏT-in Minsk qrupunun həmsədri statusundan istifadə etməklə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi üçün səyləri fəallaşdırmağa çağırıb.

AzərTac.az