Komanda Qərargah Hərbi Oyunlarında döyüş atışları icra olunmaqla əsas mərhələ keçirilib

Posted by

Komanda Qərargah Hərbi Oyunlarında döyüş atışları icra olunmaqla əsas mərhələ keçirilibKomanda Qərargah Hərbi Oyunlarında döyüş atışları icra olunmaqla əsas mərhələ keçirilib

Komanda Qərargah Hərbi Oyunlarında döyüş atışları icra olunmaqla əsas mərhələ keçirilib

Sentyabrın 11-də Komanda Qərargah Hərbi Oyunlarında döyüş atışları icra olunmaqla əsas mərhələ keçirilib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, irimiqyaslı təlimlərin ssenarisinə əsasən bir neçə hissədə yerinə yetirilən əsas mərhələdə qəflətən döyüş hazırlığı vəziyyətinə gətirilən birləşmə və hərbi hissələr təyin olunmuş hədlər istiqamətində hərəkət, düşmən qüvvələrinə aviasiya zərbələrinin endirilməsi, onun hərəkət edən qüvvə və vasitələrini məhvetmə, əks-hücum həddinə çıxma və əks-hücum əməliyyatını keçirmə, ikinci eşalonun hücuma yeridilməsi və taktiki hava desantının düşmən dərinliyinə endirilməsi tapşırıqlarını icra ediblər.

 

Təlimlərdə iştirak edən bütün qoşun növlərinin döyüşə hazırolma və döyüş qabiliyyəti, tapşırıqların yerinə yetirilməsinin operativliyi və səmərəliliyi, qarşılıqlı fəaliyyətin və təminatın təşkili, qarşıya qoyulan tapşırıqların icrası yoxlanılıb.

 

Təlim poliqonunda motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri, döyüş təyyarə və helikopterləri döyüş atışları icra edib, praktiki raket buraxılışları və bombalama həyata keçirilib.

 

Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərə cəlb edilən şəxsi heyətin peşəkarlığından məmnun qalaraq, tapşırıqların müvəffəqiyyətlə icra edilməsini yüksək qiymətləndirib.

 

AZƏRTAC