Kolumbiyada Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib

Posted by

Kolumbiyada Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib

Kolumbiyada Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib

Kolumbiyada Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib

Kolumbiyanın Barrankilya şəhərinin tanınmış Norte Universitetində yeni təsis edilmiş Kolumbiya-Azərbaycan Dostluq Assosiyasiyası tərəfindən Azərbaycanın Meksikadakı səfirliyinin dəstəyi ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib. Səfirlikdən APA-ya verilən xəbərə görə, tədbir zamanı Kolumbiya – Azərbaycan Dostluq Assosiasiyasının təsisçisi Şəhriyar Həsənli çıxış edərək əvvəlcə Azərbaycan haqqında ümumi məlumat verib.

 

Konfrans çərçivəsində Dağlıq Qarabağ münaqişəsindən bəhs olunaraq Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti və bunun nəticəsində Dağlıq Qarabağ və ətraf yeddi rayonun işğal edildiyi diqqətə çatdırılıb. 26 fevral 1992-ci il tarixində ermənilərin Xocalıda törətdiyi soyqırımından ətraflı danışılaraq soyqırım haqqında məlumat xarakterli prezentasiya ilə çıxış edilib.

 

Ş.Həsənli rəhbərlik etdiyi qurum tərəfindən həm Azərbaycanı, həm də Xocalı soyqırımını dünyaya tanıtdırmaq məqsədilə Kolumbiyanın digər şəhərlərinin təhsil ocaqlarında da bu kimi tədbirlər keçirəcəklərini bildirib.

 

Tədbirin sonunda soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, çoxsaylı suallara cavab verilib, xatirə şəkli çəkdirilib və tədbir iştirakçılarına Xocalı soyqırımına həsr olunan, Azərbaycanın Meksikadakı səfirliyi tərəfindən nəşr etdirilmiş ispan dilində videodisk əlavə olunmuş xüsusi jurnallar paylanıb.

 

Konfransda Norte Universitetinin müəllim və tələbə kollektivi ilə yanaşı, müxtəlif qonaqlar da iştirak edib.

 

Apa.az