“Kənd təsərrüfatı ili” çərçivəsində tədbirlər planının hazırlanmasına dair iclas keçirilib

Posted by

Yanvarın 15-də Kənd Təsərrüfatı Nazirliyində nazir Heydər Əsədovun rəhbərliyi və müvafiq struktur bölmələrinin məsul işçilərinin iştirakı ilə 2015-ci ilin ölkədə “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə bağlı qarşıya qoyulan tədbirlərin həyata keçirilməsinə həsr olunmuş iclas keçirilib.

Bu barədə AzərTAc-a nazirliyin mətbuat xidmətindən bildiriblər.

İclasda çıxış edən nazir Heydər Əsədov 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi ilə əlaqədar Prezident İlham Əliyevə kənd əməkçiləri adından minnətdarlıq edib və nazirliyin üzərinə mühüm vəzifələr qoyulduğunu bildirib. Nazir qısa müddətdə tədbirlər planının hazırlanması ilə əlaqədar struktur bölmələrinin rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.

İclasda tədbirlər planının hazırlanması ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Çıxış edən struktur bölmələrinin rəhbərləri təkliflərini irəli sürüblər.

AzərTac.az