Kəmaləddin Heydərovla görüşmək istəyən cənub bölgəsi sakinlərinin nəzərinə
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Astara şəhərində vətəndaşları qəbul edəcək.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 20 fevral 2015-ci il tarixində Astara şəhərində, Astara rayon Dovlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.
Qəbulda yalnız Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaqdır.
Qəbula gələn vətəndaşların qeydiyyatı Astara rayon Dovlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: Astara şəhəri, Nizami küçəsi 5) fevralın 19-da saat 09.00-da başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Trend.az