Kəmaləddin Heydərov Litvanın daxili işlər naziri ilə görüşüb

Posted by

Kəmaləddin Heydərov Litvanın daxili işlər naziri ilə görüşüb

Kəmaləddin Heydərov Litvanın daxili işlər naziri ilə görüşüb

Kəmaləddin Heydərov Litvanın daxili işlər naziri ilə görüşüb

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovla Litvanın daxili işlər naziri Dailis Alfonsas Barakauskas arasında nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilib.

Trend FHN-in rəsmi saytına istinadən məlumat verir ki, görüş zamanı fövqəladə halların idarə olunması sahəsində mövcud əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Görüşdən sonra qonaqlar Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində “Əməliyyat zalı”, həmçinin İctimaiyyətlə əlaqə idarəsinin Multimedia Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Eyni zamanda, səfər çərçivəsində D.A.Barakauskas Fövqəladə Hallar Nazirliyi Akademiyası və Dövlət Yanğından Mühafizə Xidmətinin fəaliyyəti ilə də tanış olub. Nazirin Fövqəladə Hallar Nazirliyinin bir sıra qurumlarına tanışlıq səfəri də planlaşdırılır.

 

Trend.az