Kəlbəcərdən olan məcburi köçkünlərin tibbi müayinəsi beş səyyar həkim briqadası tərəfindən aparılır

Posted by

Dövlətimizin başçısının tapşırığına əsasən aparılan tibbi müayinələrə Gəncə və ətraf rayonlarda məskunlaşan kəlbəcərli məcburi köçkünlər də cəlb olunmuşlar.

Kəlbəcər Rayon İcra Hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, aksiyanın mütəşəkkil keçirilməsi üçün beş həkim briqadası yaradılmış və onlar lazımi tibbi ləvazimatlarla təmin edilmişdir. Artıq ötən dövr ərzində rayonun 25 min 327 sakinindən 7 minə yaxını tibbi müayinədən keçirilmişdir. Səyyar həkim briqadaları hər gün Gəncə ilə yanaşı, Şəmkir, Daşkəsən, Göygöl və Goranboyda olur, bu şəhər və rayonlarda məskunlaşan kəlbəcərliləri müayinə edirlər.

Müayinədən keçmiş rayon sakinləri Musa Məmmədov, Əlizamin Qarayev, Cəmşid Əlbəndov, Qənaət Hüseynov və başqaları bu nəcib və gərəkli aksiyaya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıq etmiş, onun bu qayğısını yüksək dəyərləndirmişlər.

AzərTac.az