Kiyev BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını xahiş edir
Ukrayna hakimiyyəti dövlətdə yaranmış vəziyyətlə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını xahiş edir. Trend-in UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ukraynanın Baş naziri Arseni Yasenyuk Kiyev yaxınlığındakı hərbi hissəyə baş çəkərkən bildirib.
Baş nazir qeyd edib: “Biz BMT Təhlükəsizlik Şurasındakı tərəfdaşlarımıza Şuranın təcili iclasını çağırmaqla bağlı müraciət edirik. Biz məhz Rusiya tərəfindən münaqişənin eskalasiyası, qan tökülməsi, Ukraynanın sərhəd zastavalarının ələ keçirilməsi, uğursuz ilhaq və prezident seçkilərinin pozulmasına cəhdlərlə bağlı sübutlar təqdim edəcəyik”.
Trend.az