Keçmiş kansler Gerhard Şröder: Almaniya Azərbaycanın ən mühüm tərəfdaşlarındandır

Posted by

Keçmiş kansler Gerhard Şröder: Almaniya Azərbaycanın ən mühüm tərəfdaşlarındandır

Keçmiş kansler Gerhard Şröder: Almaniya Azərbaycanın ən mühüm tərəfdaşlarındandır

Keçmiş kansler Gerhard Şröder: Almaniya Azərbaycanın ən mühüm tərəfdaşlarındandır

Azərbaycan və Almaniya arasında əlaqələr çox yaxşıdır. Hər iki ölkə güclü iqtisadi tərəfdaşdır. Trend-in məlumatına görə, bu barədə Almaniyanın keçmiş federal kansleri Gerhard Şröder Alman -Azərbaycan Xarici Ticarət Palatasında (AHK Azərbaycan) məruzə ilə çıxışında deyib.

 

G.Şröder deyib ki, Almaniya Qərbi Avropada Azərbaycanın ən mühüm tərəfdaşlarındandır. Eyni zamanda ölkələrimiz Qafqaz regionunda güclü iqtisadi tərəfdaşdır. İki ölkə arasında müxtəlif sahələrdə həyata keçirilən mübadilələr bu əməkdaşlığı daha da inkişaf etdirir.

Sabiq kansler iki ölkənin ticarət dövriyyəsinin hər il 2 milyard avronu keçdiyini vurğulayıb: “Amma bizim potensialımız iqtisadi əməkdaşlığın daha da gücləndirilməsinə imkan verir. Hesab edirəm ki, bu palatanın təsis olunması mütərəqqi bir addım olub və bir çox Almaniya şirkətləri Azərbaycanda kifayət qədər fəaldırlar”.

 

Avropadakı mövcud iqtisadi vəziyyəti dəyərləndirən G.Şröder bildirib ki, əsas məsələ məzənnə böhranıdır: “Avropada məzənnə böhranı siyasi böhran adlandırılır. Bu gün Avropa İttifaqı qərar verməlidir ki, fiskal islahatlara hazırdırmı? Cari böhran Aİ yarandığı tarixdən bu yana ən böyük problemdir. Maliyyə stabilliyi və iqtisadi artım yan-yana olmalıdır”.

 

Onun sözlərinə görə, son bir neçə il ərzində Almaniyada işsizlik 40 faiz azalıb, ixracat isə 50 faiz artıb. Bu isə böhran fonunda baş verib.

 

Keçmiş kansler hesab edir ki, Almaniya ən çox rəqabətədavamlı Avropa ölkəsidir.

 

Trend.az