Karabük Universitetində Qarabağ problemi ilə bağlı guşə açılıb

Posted by

Karabük Universitetində Qarabağ problemi ilə bağlı guşə açılıbKarabük Universitetində Qarabağ problemi ilə bağlı guşə açılıb

Karabük Universitetində Qarabağ problemi ilə bağlı guşə açılıb

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) həyata keçirdiyi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Türkiyə və Gürcüstan universitetlərində Qarabağ guşəsi yaradılması” layihəsi çərçivəsində Türkiyədəki Karabük Universitetində Qarabağ problemi ilə bağlı əsərlərin nümayiş etdirildiyi guşə açılıb. APA-nın məlumatına görə, noyabrın 4-də Karabük Universitetində “Türkiyə-Azərbaycan Dostluq və Elm Guşəsi” adı ilə açılan guşədə Qarabağ problemi, uydurma erməni iddiaları, Azərbaycan-Türkiyə münasibətləri, Azərbaycanın keçdiyi inkişaf yolu, Cənubi Qafqazdakı etnik münaqişələr, problemlər və əməkdaşlıq imkanları barədə kitablar, mövzu ilə bağlı məqalələrin dərc olunduğu jurnallar və elektron resurslar nümayiş etdirilib. Guşənin açılışında QAFSAM-ın sədri Araz Aslanlı, universitetin müəllimləri Əli Əsgər, Umut Kedikli, Mərziyə Məmmədli, universitetin tələbə məclisinin rəhbərliyi və tələbələr iştirak ediblər. Qeyd edilib ki, guşə ilkin olaraq universitetin İqtisadiyyat və İdarəetmə Fakültəsində açılsa da, yaxın zamanlarda universitetin kitabxanasının giriş hissəsində guşə üçün xüsusi daimi yer ayrılması ilə bağlı hazırlıqlar da başa çatmaq üzrədir. Məhz universitetin kitabxanasında daimi xüsusi yerin bu guşəyə ayrılması guşədəki əsərlərin universitetin müəllim-tələbə kollektivinin diqqət mərkəzində olmasına səbəb olacaq.

 

Xatırladaq ki, Karabük Universiteti 2007-ci ildə qurulub, burada 40-a yaxın ölkədən 42 mindən çox tələbə təhsil alır. Bu universitetdə informasiya guşəsinin açılması Azərbaycanın haqlı mövqeyinin təbliği və Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı baxımından faydalı olacaq. Layihənin başa çatmasından sonrakı mərhələdə də Karabük Universitetindəki informasiya guşəsinin daimi olaraq yeni ədəbiyyatlarla təmin edilməsi barədə QAFSAM ilə universitet arasında razılıq əldə edilib.

 

Apa.az