Kamboca Krallığı Azərbaycan ilə əlaqələrin genişlənməsində maraqlıdır

Posted by

Kamboca Krallığı Azərbaycan ilə əlaqələrin genişlənməsində maraqlıdır

Kamboca Krallığı Azərbaycan ilə əlaqələrin genişlənməsində maraqlıdır

Kamboca Krallığı Azərbaycan ilə əlaqələrin genişlənməsində maraqlıdır

Aprelin 21-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Kamboca Krallığının Baş naziri Hun Senin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə Oqtay Əsədov Azərbaycan ilə Kamboca arasında əlaqələrin genişlənməsinin önəmini qeyd etmişdir. O, Azərbaycanın Kamboca ilə bütün sahələrdə əməkdaşlığa hazır olduğunu diqqətə çatdırmışdır. Milli Məclisin sədri əmin olduğunu bildirmişdir ki, bu səfər ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsinə töhfə verəcəkdir.

Oqtay Əsədov dünyada parlament diplomatiyasının aktual olduğu bir vaxtda hər iki ölkənin qanunverici orqanlarında dostluq qrupunun yaradılmasının vacibliyini vurğulamışdır.

Son 10 ildə ölkəmizin sürətli tərəqqisindən və əldə etdiyi nailiyyətlərdən danışan Oqtay Əsədov bildirmişdir ki, Azərbaycan iqtisadi inkişafına görə qabaqcıl dövlətlər sırasındadır. Cənubi Qafqazın iqtisadi potensialının 80 faizi Azərbaycanın payına düşür.

Azərbaycanda 32 il əvvəl səfərdə olduğunu deyən Hun Sen iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 20 illik yubileyinin qeyd olunduğu il yenidən respublikamıza gəlməsini əlamətdar hadisə kimi dəyərləndirmişdir. O, Kambocanın Azərbaycan ilə ikitərəfli əlaqələri genişləndirməkdə maraqlı olduğunu vurğulamışdır. Qonaq iki ölkə arasında investisiya qoyuluşu ilə bağlı imzalanması nəzərdə tutulan sənədin əhəmiyyətindən danışmışdır. Hun Sen Azərbaycanın Kambocaya investisiya yatırmasında maraqlı olduqlarını və neft-qaz mütəxəssislərinin hazırlanmasında ölkəmizin təcrübəsini öyrənmək istədiklərini bildirmişdir.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

AzərTac.az