Kaliforniyada qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınmasını nəzərdə tutan qətnamə layihəsi ilə əlaqədar etiraz aksiyası keçiriblər

Posted by

Kaliforniyada qondarma "Dağlıq Qarabağ respublikası"nın tanınmasını nəzərdə tutan qətnamə layihəsi ilə əlaqədar etiraz aksiyası keçiriblər

Kaliforniyada qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınmasını nəzərdə tutan qətnamə layihəsi ilə əlaqədar etiraz aksiyası keçiriblər

Kaliforniyada qondarma "Dağlıq Qarabağ respublikası"nın tanınmasını nəzərdə tutan qətnamə layihəsi ilə əlaqədar etiraz aksiyası keçiriblər

Mayın 5-də Kaliforniya Ştat Assambleyasının Qaydalar Komitəsində Assambleyasının üzvü Mayk Qatto (Mike Gatto) tərəfindən irəli sürülən və qəbul olunacağı təqdirdə qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınması xahişi ilə ABŞ hökumətinə müraciəti nəzərdə tutan qətnamə layihəsinin müzakirəsi keçirilib. Bu barədə Trend-ə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğndan bildirilib.

Məlumata görə, press-relizdə deyilir ki, mayın 5-də Kaliforniya Ştat Assambleyasının Qaydalar Komitəsində Assambleyasının üzvü Mayk Qatto (Mike Gatto) tərəfindən irəli sürülən bu qətnamə layihəsi müzakirə olunub.

Müzakirələrdən öncə Kaliforniyanın Azərbaycan icmasının bir çox üzvü bu qərəzli qətnamənin əleyhinə çıxaraq etiraz aksiyası keçirib.

Azərbaycanın Dağ Yəhudiləri icmasının sədri Milix Yevdayev çıxış edərək Azərbaycanda tolerantlığın güclü ənənələrindən danışıb. O, qeyd edib ki, ermənilər Azərbaycanda – bu multietnik və tolerant cəmiyyətdə yaşamaqdan məmnun olublar. M.Yevdayevin sözlərinə görə, bu qədər tökülən qana və göz yaşlarına baxmayaraq, hazırda Bakıda və Azərbaycanın digər böyük şəhərlərində 25 mindən çox erməni yaşayır və bu da Azərbaycan xalqının yüksək səviyyəli tolerantlığının bariz nümunəsidir. O, Komitəni bu qətnamə layihəsini qəbul etməməyə çağırıb.

Daha sonra çıxış edən Azərbaycan-Amerika Şurasının prezidenti İsmayıl Rüstəmov bildirib ki, qondarma “Dağlıq Qarabağ respublikası” ABŞ və dünyanın hər hansı digər ölkəsi tərəfindən tanınmır: “O zaman niyə bunu Kaliforniya etməlidir?”

İ.Rüstəmov qeyd edib ki, Azərbaycan hər zaman ABŞ-ın etibarlı müttəfiqi olub.

Assambleyasının üzvü Roki Çavez qanunvericiliyin beynəlxalq məsələlərlə bağlı çox diqqətli olmalı olduğunu bildirərək, qətnamə layihəsinə qarşı çıxıb. Azərbaycan tərəfinin Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə ilə bağlı bəyanatlarını əsas gətirərək, R.Çavez bildirib ki, xalqların öz müqəddəratını təyin etməsinə etnik təmizləmə vasitəsilə nail olmaq olmaz.

Daha sonra Komitənin erməni üzvü Adrin Nazaryan və digər ermənipərəst üzvlər Skott Vilk və Çeril Braun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son dərəcə təhrif olunmuş və qərəzli fikirlər səsləndiriblər.

Qeyd edək ki, erməni lobbisi qətnamə layihəsinin Assambleyanın plenar iclasının müzakirəsinə mayın 8-də – Şuşanın işğalı günü çıxarılmasını planlaşdırır.

O da qeyd edilməlidir ki, qətnamə layihəsini qəbul etmiş Qaydalar Komitəsinin bir üzvü – A.Nazaryan erməni əsillidir. Komitənin sədr müavini S.Vilkin isə həyat yoldaşı ermənidir və özü bu yaxınlarda erməni milli qriqoryan dinini qəbul edib.

 

Trend.az