Joze Manuel Barrozu: “Cənub Qaz Dəhlizi” 21-ci əsrin müqaviləsi olacaq
“Cənub Qaz Dəhlizi” əsl geosiyasi layihədir və əminəm ki, o, XXI əsrin müqaviləsi olacaq”. Trend xəbər verir ki, bu barədə şənbə günü Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyi və “Cənub Qaz Dəhlizi”nin təməlqoyma mərasimində videomüraciətində deyib.
Avropa Komissiyasının prezidenti qeyd edib ki, bu gün Azərbaycan Avropanın neft idxalına mühüm töhfə verir: “Eyni zamanda, biz “Cənub Qaz Dəhlizi”nə münasibətdə irəliləyiş hiss edirik”.
Onun sözlərinə görə, bu gün Azərbaycan Avropa İttifaqına daha yaxındır: “Ölkə iqtisadiyyatı Avropa bazarlarına dərindən inteqrasiya olunub. Münasibətlərimiz daha hərtərəflidir”.
Barrozu əlavə edib ki, Aİ Azərbaycan ilə müxtəlif sahələrdə əlaqələrin daha da dərinləşməsinə cəhd göstərir.
Trend/az