İnsan alverinə qarşı mübarizə üzrə illik hesabat MM-də müzakirəyə çıxarılacaq

Posted by

Azərbaycanın insan alverinə qarşı mübarizə üzrə milli koordinatorunun hesabatı Milli Məclisə daxil olub. APA-nın məlumatına görə, hesabat parlamentin aprelin 3-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Hesabatı iclasda daxili işlər nazirinin müavini, milli koordinator, general-leytenant Vilayət Eyvazovun təqdim edəcəyi gözlənilir.