Hyuston Universitetində Azərbaycanın siyasi və iqtisadi inkişafına həsr olunmuş “Qafqazda geosiyasi dinamika və beynəlxalq enerji layihələri” mövzusunda konfrans keçirilmişdir

Posted by

Hyuston Universitetində Azərbaycanın siyasi və iqtisadi inkişafına həsr olunmuş “Qafqazda geosiyasi dinamika və beynəlxalq enerji layihələri” mövzusunda konfrans keçirilmişdir

Hyuston Universitetində Azərbaycanın siyasi və iqtisadi inkişafına həsr olunmuş “Qafqazda geosiyasi dinamika və beynəlxalq enerji layihələri” mövzusunda konfrans keçirilmişdir

Hyuston Universitetində Azərbaycanın siyasi və iqtisadi inkişafına həsr olunmuş “Qafqazda geosiyasi dinamika və beynəlxalq enerji layihələri” mövzusunda konfrans keçirilmişdir

Hyuston Universitetində “Qafqazda geosiyasi dinamika və beynəlxalq enerji layihələri” mövzusunda konfrans olmuşdur. Energetika işləri üzrə Assosiasiyanın və Hyuston Universiteti yanında S.T.Bauer adına Biznes Kollecinin dəstəyi ilə Hyustonun Azərbaycan Mərkəzi tərəfindən təşkil edilmiş tədbir şəhərin ali məktəblərində 1992-ci ilin fevralında Xocalıda törədilmiş qətliama həsr olunmuş illik mühazirələr çərçivəsində keçirilmişdir.

Hyuston Mərkəzinin biznes proqramları dekanının müavini Frenk Kelli gecəni açaraq qonaqları salamlamışdır. Azərbaycan mərkəzinin direktoru İradə Axundova auditoriyaya 90-cı illərin əvvəllərində Azərbaycanın müstəqillik qazanmasından və 1992-ci il fevralın 25-26-da Xocalıda törədilmiş faciəli hadisələrdən danışmışdır. Senatın üzvü Edni Rollis və Texas ştatının Nümayəndələr Palatasının üzvü Cina Bu 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı qırğınının tanınması barədə iki qətnaməni İradə Axundovaya təqdim etmişlər. Tədbirin iştirakçıları bir dəqiqəlik sükutla Xocalı faciəsi qurbanlarının xatirəsini yad etmişlər.

Sonra konfransın panel moderatoru, Hyuston Universitetinin professoru Radxa Radxakrişnan çıxış etmiş, regionda Azərbaycanın əhəmiyyətindən danışmış və məruzəçiləri auditoriyaya təqdim etmişdir.

İlk məruzəçi – Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbov “ABŞ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq – 22 ildən sonra” adlı məruzə ilə çıxış edərək bir çox sahələrdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin tarixindən və inkişaf etməkdə olan münasibətlərdən danışmışdır. O qeyd etmişdir ki, Azərbaycan həmişə çətin vaxtda ABŞ-ın yanında olmuşdur və koalisiya qüvvələrinin Azərbaycan üzərindən uçuşlarını təmin etmiş ilk dövlətlərdən biridir.

Sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ABŞ-dakı nümayəndəliyinin direktoru Rauf Məmmədov “Regionda lider olan Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə köməyi” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə o, Azərbaycanın, Qafqaz regionunun iqtisadi inkişafına, həmçinin onun hüdudlarından kənarda iqtisadi inkişafa ARDNŞ-in köməyi barədə auditoriyaya məlumat vermişdir. Nümayəndəliyin rəhbəri Azərbaycanın Avropada yeni iqtisadi inkişaf dinamikası yaradan enerji layihələrindən danışmışdır. R.Məmmədov qlobal şirkətin – ARDNŞ-in region və Avropa iqtisadiyyatına investisiyaları barədə məlumatları auditoriyaya çatdırmışdır.

Dünya Bankının icraçı direktorunun Azərbaycan üzrə məsləhətçisi Sənan Mirzəyev müstəqilliyin 22 ili ərzində Azərbaycanın qazandığı nailiyyətlərdən danışmış, neft-qaz layihələrinin həyata keçirilməsi nəticəsində əldə olunmuş maliyyə resurslarından səmərəli və düzgün istifadə edilməsi üzrə Azərbaycanın yürütdüyü iqtisadi siyasətdən, Azərbaycanın gələcək inkişafına həmin layihələrin köməyindən bəhs etmişdir.

Daha sonra AzərTAc-ın ABŞ-dakı xüsusi müxbiri və ABŞ Azərbaycanlıları Şəbəkəsinin həmtəsisçisi Yusif Babanlı “Köhnəlmiş münaqişələrin regionlararası infrastruktur layihələrin həyata keçirilməsinə təsiri” mövzusunda məruzə ilə çıxış etmişdir. Azərbaycan müstəqillik qazandıqdan sonra ölkənin ilk regional layihələri barədə ətraflı məlumat verən məruzəçi Azərbaycanın bədxahları tərəfindən göstərilən təzyiqlərə baxmayaraq, Azərbaycan hökumətinin, xüsusən ümummilli lider Heydər Əliyevin regionlararası layihələri həyata keçirmək əzmindən danışmışdır. Məhz bu ilk layihələr Azərbaycanın inkişafı üçün, neft-qaz və qeyri-neft sektorlarında yeni regionlararası təşəbbüslərin, o cümlədən “Transavrasiya yüksək sürətli informasiya magistralı” (TASIM) layihəsinin həyata keçirilməsi üçün əsas olmuşdur.

Hyuston Universitetinin politologiya fakültəsinin dosenti Conatan Slapin Azərbaycanın Avropa İttifaqı ilə siyasi və iqtisadi münasibətlərindən, Avropada Azərbaycanın iştirakının əhəmiyyətindən danışmışdır.

Sonda region üzrə ekspert, Vaşinqtonun Yaxın Şərq İnstitutunun elmi əməkdaşı Aleks Vatanka “Azərbaycan və böyük geosiyasi dəyişikliklər” mövzusunda məruzə ilə çıxış edərək Azərbaycanın sabit iqtisadi və siyasi inkişafından, Avropada, həmçinin Yaxın Şərqdə Azərbaycanın nüfuzunun artmasından danışmışdır. Sonra panel iştirakçıları auditoriyanın suallarına cavab vermişlər.

Tədbirdə Hyuston Universitetinin tələbələri, şəhərin kommersiya təşkilatlarının, Texasın Azərbaycan icmasının nümayəndələri iştirak etmişlər. Fəxri qonaqlar arasında Türkiyənin Hyustondakı baş konsulunun müavini Abdulla Topçu, Yunanıstanın Hyustondakı baş konsulu Georgius Papanikolau və Pakistanın baş konsulu Afzaal Mahmud olmuşlar.

 

AzərTac.az