Həsən Ruhani: Azərbaycan və İran arasında əlaqələrin bütün səviyyələrdə inkişafı üçün heç bir maneə yoxdur

Posted by

Həsən Ruhani: Azərbaycan və İran arasında əlaqələrin bütün səviyyələrdə inkişafı üçün heç bir maneə yoxdur

 

Həsən Ruhani: Azərbaycan və İran arasında əlaqələrin bütün səviyyələrdə inkişafı üçün heç bir maneə yoxdur

Həsən Ruhani: Azərbaycan və İran arasında əlaqələrin bütün səviyyələrdə inkişafı üçün heç bir maneə yoxdur

 

“Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyev və onun rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfərinə görə minnətdarlığımı bildirirəm. Mənim cənab Prezident ilə ilk görüşüm Davos Forumu çərçivəsində olmuşdur və həmin görüş çərçivəsində biz münasibətlərimizin gələcəyi üçün çox mühüm qərarlar qəbul etdik. Bu gün həm geniş tərkibdə, həm də təkbətək keçirdiyimiz görüşlərdə ölkələrimizin münasibətləri ilə əlaqədar bütün sahələri əhatə edən hərtərəfli müzakirələr apardıq. Mən bü gün əziz İran xalqına bəyan etmək istəyirəm ki, bizim iki dost ölkələrimiz arasında əlaqələrin bütün səviyyələrdə inkişaf etməsi üçün heç bir maneə yoxdur”. Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Tehranda İran Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuat konfransında mətbuata bəyanatlarla çıxışında deyib.

Həsən Ruhanı deyib ki, Azərbaycan Respublikası və İran İslam Respublikası iki yaxın qonşu, dost, qardaş və həmməzhəb bir ölkədir: “Ölkələrimiz arasındakı səmimi münasibətlər ölkələrimizin xalqlarının xeyrinədir, həmçinin ölkələrimiz arasındakı bu münasibətlər regionda sülhün, əmin-amanlığın və təhlükəsizliyin xeyrinədir. Biz iki ölkə arasında neft, neft-kimya, elektrik enerjisi, su və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün eyni fikirdəyik. Bu gün imzalanmış sənədlərdən əlavə, bugünkü görüşümüz və apardığımız danışıqlar nəticəsində gələcəkdə əlaqələrimizin daha geniş və hərtərəfli inkişafı üçün geniş müstəvi yaratdıq. Biz iki ölkə xalqlarının mədəni əlaqələrinin inkişaf etdirilməsi üçün belə razılığa gəldik ki, xalqların əlaqələrinin daha da yaxınlaşdırılması üçün lazımi addımlar atılsın. O cümlədən bizim İslam və məzhəbə baxışlarımız eynidir, hər iki ölkə radikal hərəkətlərdə İslamın vasitə kimi istifadə olunmasına mənfi yanaşır”.

İran Prezidenti bildirib ki, regionda sabitliyin qorunması üçün mötədillik və terrorizmlə mübarizədən başqa yolumuz yoxdur: “O cümlədən biz ölkələrimiz arasında Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı aparılan danışıqlar və bu sahədə əməkdaşlıq barədə fikir mübadiləsi apardıq. Hər iki tərəf bu qənaətdədir ki, bu məsələdə yekun qərarın qəbul olunması üçün bizi uzaq yol gözləmir. Biz beynəlxalq təşkilatlarda əməkdaşlıqla bağlı oxşar fikirdəyik”.

Həsən Ruhaninin sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti danışıqlarda İran İslam Respublikasının sülhməramlı nüvə texnologiyasından istifadə hüququnu dəstəklədiyini bəyan etdi: “Biz onun tərəfindəyik ki, regiondakı bütün münaqişələr, o cümlədən Qarabağ münaqişəsi beynəlxalq səviyyədə qəbul edilmiş qərarlar və ədalət çərçivəsində öz həllini tapsın. Regionumuzdakı coğrafi sərhədlərin dəyişdirilməsi bizim nəzərimizdə qəbuledilməzdir. Biz gərək bütün səylərimizi birləşdirək ki, belə oxşar məsələlər danışıqlar və sülh yolu ilə həll olunsun. Mən cənab Prezidentin məni Azərbaycan Respublikasına dəvətini çox böyük məmnuniyyətlə qəbul edirəm və əminəm ki, yaxın olan münasib vaxtlarda dost və qardaş olan Azərbaycan Respublikasını ziyarət edəcəyəm. Mən hər iki ölkənin xalqlarına – həm İran, həm də Azərbaycan xalqına inkişaf, səadət və tərəqqi arzulayıram”.

 

Trend.az