Hüseyn Bağırov Sabirabadda vətəndaşları qəbul edəcək
Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov yanvarın 23-ü Sabirabad şəhərində vətəndaşları qəbul edəcək.
Nazirlikdən APA-ya verilən məlumata görə, saat 10.00-da şəhərin Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 95) baş tutacaq qəbulda H.Bağırov Sabirabad, Saatlı, Hacıqabul rayonlarında və Şirvan şəhərində yaşayan vətəndaşlarla görüşəcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Sabirabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə əlaqə saxlamaları (ünvan: Sabirabad şəhəri, Vidadi küçəsi 3, əlaqə telefonları: 055-443-58-86, 050-437-81-66, 021-23-5-69-25) xahiş olunur.
Apa.az