Şəhərsalma və Tikinti Məcəlləsinə əlavə və dəyişikliklər müzakirə olunub

Posted by

Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında Şəhərsalma və Tikinti Məcəlləsinə əlavə və dəyişikliklər müzakirə olunub. APA–nın xəbərinə görə, layihə barədə məlumat verən komitə sədri Əli Hüseynli bildirib ki, məcəllənin 69.5.2-ci maddəsinə dəyişiklik təklif edilir.

Təklifə əsasən qeyd olunan yerlərdə tikinti aparılan zaman ara məsafəsi müəyyən edilərkən qoyulan şərtlər kənd ərazilərində aparılan tikintilərə şamil edilməyəcək. Məcəllənin qeyd olunan maddəsində şərtlərin siyahısından kənd ərazilərinə aid hissə çıxarılır. Əlavə edilən 69.5.2-1 maddəsində isə bu cür tikililərin aparılması zamanı ara məsafəsinin müəyyən edilməsinə yeni şərt əlavə olunur. Şərtə görə, məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə ara məsafəsi divar hündürlüyünün 0,3 hissəsi qədər olmalıdır.

Layihə plenar iclasa tövsiyə edilib.

Apa.az