Şəhər nəqliyyatı ilə bağlı əlavə tədbirlər görüləcəkdir

Posted by

Şəhər nəqliyyatı ilə bağlı əlavə tədbirlər görüləcəkdir

Şəhər nəqliyyatı ilə bağlı əlavə tədbirlər görüləcəkdir

Şəhər nəqliyyatı ilə bağlı əlavə tədbirlər görüləcəkdir

Şəhər nəqliyyatı ilə bağlı əlavə tədbirlər görüləcəkdir.

AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində demişdir.

Metro tikintisinin sürətlə getdiyini bildirən dövlətimizin başçısı metro stansiyalarının sayının 70-ə çatdırılacağını qeyd etmişdir. Prezident demişdir: “Bütün işlər qrafik üzrə gedir. Şəhərə ən yüksək standartlara cavab verən yeni sərnişin avtobusları gətiriləcəkdir. Bakıda yeraltı parkinqlər tikilibdir. Bu da tıxac probleminin həllinə bir dəstəkdir”.

Dövlətimizin başçısı diqqətə çatdırmışdır ki, inkişaf etmiş şəhərlərdə olduğu kimi, bizdə də yaxın aylarda küçələrdə parkinq avtomatları quraşdırılacaqdır ki, insanlar maşınlarını orada rahat park edə bilsinlər. Bu sahədə də şəffaflıq təmin edilməlidir.

 

AzərTac.az