“Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində istifadəsiz kağızların qəbuluna başlanmışdır

Posted by

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin birgə həyata keçirdikləri “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində istifadəsiz kağızların qəbuluna başlanmışdır.

AzərTAc xəbər verir ki, fevralın 7-də ilk təşəbbüskar olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 3 saylı “ASAN xidmət” mərkəzində 400 kiloqramdan artıq istifadəsiz kağız təhvil verilmişdir. Artıq dövlət qurumları və özəl təşkilatlar, eləcə də sadə vətəndaşlar istifadə olunmuş kağızları Bakıdakı “ASAN xidmət” mərkəzlərinin qarşısında quraşdırılmış məntəqələrə təhvil verə bilərlər. Təhvil verilmiş kağızlar xüsusi konteynerlərdə toplanılır və onların qeydiyyatı aparılır. Təhvil verilmiş hər 50 kiloqram kağız qarşılığında bir ağac alınacaqdır. Ağaclar kağızı təhvil verən qurumların iştirakı ilə Bakı şəhəri ərazisində əkiləcəkdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Şövkət Bəkirov bildirmişdir ki, layihənin əsas məqsədi ekoloji problemlərlə mübarizədə cəmiyyətin bütün təbəqələrinin iştirakının təmin edilməsi və onların bu işə cəlb olunmasıdır. Həmçinin insanlar arasında maarifləndirmə işini artırmaq və ekoloji mühitə dəyən zərəri minimuma endirmək məqsədilə tullantıların düzgün istifadəsini təşkil etməkdir.

AzərTac.az