Həmsədrlər İrəvanda etiraz aksiyası ilə qarşılanıblar
Bu gün Ermənistana səfərə gedən ATƏT-in Minsk Qrupunun həmsədrləri etiraz aksiyası ilə üzləşiblər.
APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan XİN-in binası qarşısında “Daşnaksutyun”un gənclər təşkilatı tərəfindən təşkil olunan aksiyanın iştirakçıları həmsədrləri “Riyakarlığa yox!”, “İkili standarta yox!” şüarları və həmsədrlərin ana dilləri – rus, ingilis və fransız dilində yazılmış plakatlarla qarşılayıblar. Gənc daşnakların fikrincə, vasitəçilər hər iki tərəfə eyni cür yanaşaraq günahkarı öz adı ilə çağırmır və Azərbaycanın militarist bəyanatlarına əsas yaradırlar.
Apa.az