Əhməd Davudoğlunun Azərbaycana səfərinin vaxtı açıqlanıb

Posted by

Əhməd Davudoğlunun Azərbaycana səfərinin vaxtı açıqlanıbƏhməd Davudoğlunun Azərbaycana səfərinin vaxtı açıqlanıb

Əhməd Davudoğlunun Azərbaycana səfərinin vaxtı açıqlanıb

Türkiyənin Baş naziri Əhməd Davudoğlu sentyabrın 19-20-də Azərbaycanda səfərdə olacaq. Bu barədə Trend çərşənbə axşamı TRT-yə istinadən məlumat verir.

Ə.Davudoğlu Bakıya səfər etməzdən öncə sentyabrın 16-da Şimali Kipr Türk Cümhuriyyətində olacaq.

Türkiyə Baş nazirinin “Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyi çərçivəsində sentyabrın 20-də Azərbaycanda keçiriləcək Cənubi Qafqaz qaz kəmərinin (Bakı-Tbilisi-Ərzurum) genişləndirilməsi layihəsinin başlaması mərasimində iştirak edəcəyi gözlənilir.

 

Trend.az