Əhməd Davudoğlu: Türkiyə Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını tələb edir

Posted by

Əhməd Davudoğlu: Türkiyə Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını tələb edir

Əhməd Davudoğlu: Türkiyə Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını tələb edirƏhməd Davudoğlu: Türkiyə Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını tələb edir

Türkiyə Ermənistandan Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını tələb edir. Trend-in “Akşam” qəzetinə istinadən verdiyi məlumuta əsasən, bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ölkə parlamentinin Xarici əlaqələr komissiyasında millət vəkilləri qarşısında bildirib.
Nazir İğdırı təmsil edən millət vəkili Sinan Oğanın Ermənistanla sərhədin açılması ilə bağlı sualına cavab olaraq bildirib: “Bizim tələbimiz Qarabağın azad edilməsidir. Bununla bağlı irəliləyiş gözləyirik”.
Ə.Davudoğlunun sözlərinə görə, ancaq Azərbaycan torpaqlarının azad olunmasından sonra Türkiyə-Ermənistan əlaqələrinin normallaşması ilə bağlı müzəkilərər aparıla bilər.