Əhməd Davudoğlu: “Bakı-Tiflis-Qars və Pakistan-İran-Türkiyə dəmir yolu layihələri “Dəmir İpək Yolu”nu açacaq”
“Bakı-Tiflis-Qars və Pakistan-İran-Türkiyə dəmir yolu layihələrinin həyata keçirilməsi ilə biz yeni bir İpək Yolunu – “Dəmir İpək Yolu”nu açmış olacağıq və Çini İran, Azərbaycan və Türkiyə ərazi vasitəsilə Avropa ilə birləşdirəcəyik”.
APA-nın “TRT Türk”ə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Van şəhərində keçirilən Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli görüşündən sonra jurnalistlərə açıqlamasında Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu deyib.
O ümidvar olduğunu bildirib ki, bütün bu layihələrin icrası region xalqlarının rifahının yaxşılaşdırılması üçün önəmli olacaq.
Ə.Davudoğlu həmçinin əlavə edib ki, planda Bakı-Tiflis-Qars dəmir yolunun Naxçıvan-Culfa-Təbriz dəmir yolu ilə birləşdirilməsi də var.
Apa.az