Hicran Hüseynova: İqtisadi asılılığı olan qadınların zorakılığa məruz qalma halları çox olur

Posted by

Azərbaycanda sahibkarların 17 faizini qadınlar təşkil edir. Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatı üzrə Xüsusı Proqram çərivəsində qadın sahibkarlığının inkişafı üzrə beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, ölkədəki sahibkar qadınların sayı daha da artmalıdır. Bunun üçün lazimi şərait də var.

H.Hüseynovanın sözlərinə görə, Azərbaycanda sahibkar qadınlar iqtisadiyyatın bütün sahələrində çalışırlar. Komitə sədri əlavə edib ki, iqtisadi asılılığı olan qadınların zorakılığa məruz qalma halları da çox olur. Buna görə də qadınlar mümkün qədər çox çalışaraq özlərinin iqtisadi asılılıqlarını azaltmalıdırlar.

Azərbaycanda sahibkarlığın inkişafı üçün münbit şəraitin yaradıldığını deyən H.Hüseynova qeyd edib ki, ötən il ərzində ölkədə 430 sahibkar qadına 9 milyon manatdan çox kredit verilib.

Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib ki, qadın sahibkarlığının inkişafı ölkə iqtisadiyyatının inkişafını təmin edən amillərdəndir. Bunun üçün dövlət tərəfindən də müəyyən addımlar atılmalıdır.

Vitse-spiker bildirib ki, Azərbaycan dövlətinin yaratdığı şərait qadın sahibkarlığının inkişafı üçün geniş imkanlar yaradır. Bu sahədə region ölkələrinin də təcrübəsinin öyrənilməsi və uğurla tətbiqi əhəmiyyətlidir.

Trend/az