Hicran Hüseynova BTM-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının 58-ci sessiyasında iştirak edəcək
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının 58-ci sessiyasında iştirak edəcək. Komitədən Trend-ə verilən məlumata görə, BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətləri üzrə Təşkilatının icraçı direktoru, baş katibin müavini Fumzile Mlambo-Nqçuka H.Hüseynovanı həmin tədbirə dəvət edib.
H.Hüseynova 10-21 mart tarixlərində Nyu-Yorkda Qadınların Vəziyyəti üzrə Komissiyanın 58-ci sessiyasında iştirak edəcək. Bundan əlavə, o, Komitə nümayəndəliyi, eyni zamanda BMT-nin əhali Fondu, Uşaq Fondunun rəhbərləri, “UN Women” nümayəndliyi ilə də ikitərəfli görüşlər keçirəcək.
Sessiyanın açılış günü H.Hüseynovanın çıxışı nəzərdə tutulub.
Sessiya çərçivəsində qızların və qadınların hüquqlarının müdafiəsi, İstanbul Konvensiyasının qəbulu, məişət zorakılığının qarşısının alınması, qadınların reproduktiv hüquqlarının müdafiəsi, QHT-lərin fəaliyyəti və digər məsələlər müzakirə ediləcək.
Trend.az