Heydər Əsədov Xaçmazda qəbul keçirəcək

Posted by

Heydər Əsədov Xaçmazda qəbul keçirəcəkHeydər Əsədov Xaçmazda qəbul keçirəcək

Heydər Əsədov Xaçmazda qəbul keçirəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların problemlərinin həllinə kömək göstərirlər. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, kənd təsərrüfatı naziri Heydər Əsədov noyabrın 7-də saat 11-də Xaçmaz şəhərində Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbulda iştirak etmək istəyən şəxslər Quba Ərazi Kənd Təsərrüfatı İdarəsinə (telefon: 050-636-09-09) və Kənd Təsərrüfatı Nazirliyinə (telefon: 012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər. Həmçinin, nazirliyin qaynar xətti (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçmək mümkündür.

 

Sia.az