Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Belqradda anma mərasimi keçirilib

Posted by

Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Belqradda anma mərasimi keçirilibHeydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Belqradda anma mərasimi keçirilib

Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Belqradda anma mərasimi keçirilib

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar Serbiyanın paytaxtı Belqrad şəhərində anma mərasimi keçirilib.

 

Azərbaycanın Serbiyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, mərasimdə səfirliyin əməkdaşları ilə yanaşı, Serbiya parlamentinin üzvləri, dövlət rəsmiləri, Serbiya ictimaiyyətinin və müsəlman icmasının nümayəndələri, Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Ticarət Palatasının üzvləri, eləcə də burada yaşayan və təhsil alan azərbaycanlılar və KİV nümayəndələri iştirak ediblər.

 

Tədbir iştirakçıları əvvəlcə “Taşmaydan” parkına gələrək, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin heykəli önünə gül-çiçək dəstələri qoyub və ulu öndərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

Daha sonra tədbir iştirakçıları həmin parkda ucaldılmış görkəmli serb yazıçısı Milorad Paviçin heykəlini və 1999-cu ildə Belqrad şəhərinin bombalanması zamanı parkda həlak olmuş uşaqların xatirəsinə ucaldılmış “Biz sadəcə uşaqlar idik” abidəsini ziyarət edib, hər iki abidənin önünə gül-çiçək dəstələri qoyublar.

 

Sonra tədbir Azərbaycanın Serbiyadakı səfirliyində davam etdirilib.

 

Tədbir iştirakçıları qarşısında çıxış edən Azərbaycanın Serbiyadakı səfirliyinin müşaviri Anar Əcəmov görkəmli siyasi xadim Heydər Əliyevin həyatı, fəaliyyəti, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının və beynəlxalq əhəmiyyət kəsb edən neft strategiyasının qəbul olunmasında, ölkəmizdə sabitliyin bərqərar olunmasında, Azərbaycan xalqının qədim tarixinin və zəngin mədəni irsinin beynəlxalq aləmdə tanıdılmasında, eləcə də Azərbaycan elminin inkişafında göstərdiyi əvəzsiz xidmətlərindən bəhs edib, xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə göstərdikləri dərin hörmət və ehtirama görə tədbir iştirakçılarına minnətdarlığını bildirib.

 

Daha sonra tədbir iştirakçıları Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş fotosərgiyə və sənədli filmə baxıblar.

 

Trend/az