Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskva Uşaqlara Tibbi Yardım Elmi-Təcrübə Mərkəzində olub

Posted by

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskva Uşaqlara Tibbi Yardım Elmi-Təcrübə Mərkəzində olub

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskva Uşaqlara Tibbi Yardım Elmi-Təcrübə Mərkəzində olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskva Uşaqlara Tibbi Yardım Elmi-Təcrübə Mərkəzində olub

 

Martın 6-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva kəllə-üz nahiyəsinin inkişafında qüsurlar olan və sinir sistemi xəstəlikləri ilə doğulmuş uşaqlara tibbi yardım üzrə Moskva Elmi-Təcrübə Mərkəzində olmuşdur.

Trend AzərTAc-a istinadən məlumat verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı uşaqlara tibbi yardım üzrə ETM-in direktoru, tibb elmləri doktoru, professor, RTEA-nın akademiki, Rusiya Federasiyasının Əməkdar Həkimi Andrey Pritıko qarşılamışdır. O, 1995-ci ildə yaradılmış mərkəzin işindən danışmış və qeyd etmişdir ki, ETM dövlət səhiyyə müəssisəsidir və uşaqlara həyatının ilk günlərindən 18 yaşınadək ixtisaslaşdırılmış tibbi yardım göstərir. Mərkəzdə yüksək ixtisaslı mütəxəssislər işləyirlər. Onların arasında 20 tibb elmləri doktoru, 32 tibb elmləri namizədi vardır. Mərkəzin bir çox mütəxəssisləri müəllimlik fəaliyyəti ilə məşğul olur, təcrübə və biliklərini gələcək həkimlərə öyrədirlər.

Sonra Leyla Əliyeva neyrocərrahiyyə, yeni doğulmuş və vaxtından əvvəl doğulmuş uşaqların patologiyası, onkologiya şöbələrində yaradılmış şəraitlə tanış olmuş, kliniki-diaqnostika laboratoriyasını, şüa diaqnostikası şöbəsini, genetika xidmətini gəzmişdir. Palatalarda Leyla Əliyeva xəstəxanada müalicə olunan uşaqlarla və onların valideynləri ilə söhbət etmişdir. Hər bir şöbənin rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidentinə müalicə metodları barədə məlumat vermişdir. Uşaqların hər birinə Heydər Əliyev Fondu adından hədiyyələr paylanmışdır.

Leyla Əliyevaya mərkəzdə işləyən azərbaycanlı həkimlər təqdim olunmuşdur. Onlar qeyd etmişlər ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Moskvada təhsil almışlar.

Sonra klinikanın rəhbərləri ilə işgüzar söhbət olmuşdur. Elmi-Təcrübə Mərkəzinin direktoru A.Pritıko qeyd etmişdir ki, bizim mərkəzdə müalicə olunan uşaqlar əlamətdar günlərdə və bayramlarda Heydər Əliyev Fondundan hədiyyələr alırlar. O, xəstə uşaqlara göstərilən qayğıya görə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinə minnətdarlığını bildirmişdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycanda həyata keçirilən “Diabet xəstəsi olan uşaqlara daha çox qayğı” proqramından və Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda tikilən Talassemiya Mərkəzinin fəaliyyətindən danışmışdır. Görüşdə Moskva mərkəzi ilə Azərbaycanın tibb müəssisələri arasında palliativ yardım sahəsində əməkdaşlıq məsələsi müzakirə olunmuşdur.

Leyla Əliyevanın təşəbbüsü ilə artıq bir neçə ildir ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi əlamətdar günlər və bayramlar ərəfəsində Elmi-Təcrübə Mərkəzində müalicə olunan uşaqları təbrik edir, onlara oyuncaq və şirniyyat verir, mərkəzə isə məişət texnikası bağışlayır.

 

Trend.az