Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qazaxda qanvermə aksiyası keçirilib
Mayın 21-də Qazax rayonundakı Müalicə Diaqnostika Mərkəzində Heydər Əliyev Fondunun təşəbbüsü və Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində qanvermə aksiyası keçirilib.
Trend Fondun saytına istinadən xəbər verir ki, aksiya çərçivəsində 170-dən çox rayon sakini könüllü olaraq qan verib.
Toplanmış qan müayinədən sonra talassemiyalı və hemofiliyalı xəstələrə köçürülmək üçün Mərkəzi Qan Bankına göndərilib.
Trend.az