GUAM Parlament Assambleyasının iclasında bir sıra ölkələrdən deputatlar iştirak edəcəklər

Posted by

Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilatın – GUAM-ın Parlament Assambleyasının (PA) VII iclası noyabrın 10-11-də Kişineuda keçiriləcək. Bu barədə məlumatı AzərTAc-a Moldova parlamentinin mətbuat xidmətindən bildiriblər. Növbəti iclasda təşkilatın üzvü olan dövlətlər – Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna ilə yanaşı, Baltikyanı ölkələr, Polşa parlamentinin üzvləri, eləcə də Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının və “Vışeqrad qrupu”nun nümayəndələri iştirak edəcəklər. Bildirilib ki, iclaç iştirakçıları GUAM-ın üzvü olan dövlətlər arasında parlamentlərarası məsələləri, bu ölkələrin Avropaya inteqrasiyası və onların “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əlaqələri məsələlərini müzakirə edəcəklər. Bununla yanaşı, gündəliyə yerli münaqişələrin nizamlanması, eləcə də bu münaqişələrin beynəlxalq və regional sabitliyə təsiri, iqtisadi və informasiya təhlükəsizliyinin və iqtisadi əlaqələrin dərinləşdirilməsinin təminatı məsələləri daxildir. Qeyd edək ki, hazırda GUAM-a Moldova Respublikası sıdrlik edir, 2015-ci il yanvarın 1-dən isə sədrlik Ukraynaya keçəçək.

AzərTac.az