GUAM-ın Milli Əlaqələndiricilər Şurasının 32-ci iclası olub

Posted by

GUAM-ın Milli Əlaqələndiricilər Şurasının 32-ci iclası olub

GUAM-ın Milli Əlaqələndiricilər Şurasının 32-ci iclası olub

 

 

GUAM-ın Milli Əlaqələndiricilər Şurasının 32-ci iclası olub

Kiyevdə, GUAM Katibliyində qurum ölkələrinin Milli Əlaqələndiricilər Şurasının (MƏŞ) 32-ci iclası keçirilib. Bu barədə AzərTAc-a qurumun Kiyevdəki qərargahından məlumat veriblər.

 

Müşavirədə Azərbaycan XİN-in Regional Təhlükəsizlik İdarəsinin rəisi Tofiq Musayev iştirak edib.

 

MƏŞ iclasa sədrlik edən Moldova tərəfinin “GUAM məkanında davamlı münaqişələr və beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün onların nəticələri” adlı qətnamə layihəsinin önə çəkilməsi istiqamətində görülən işlərə dair informasiyasını dinləyib.

 

Nümayəndə heyətləri quruma müvəffəqiyyətlə sədrlik etdiyinə görə Moldova tərəfinə təşəkkürlərini bildiriblər. Onlar GUAM Xarici İşlər Nazirləri Şurasına quruma sədrliyin Ukraynaya verilməsi barədə qərar qəbul etməyi tövsiyə ediblər.

 

MƏŞ bu il noyabrın 10-11-də Kişineuda GUAM Parlament Assambleyası (PA) Bürosunun 8-ci iclasının, habelə GUAM PA-nın 7-ci plenar iclasının keçirilməsini, GUAM PA-nın rəsmi məlumatının, habelə GUAM PA, Baltik Assambleyası və Polşa Respublikası parlament nümayəndə heyəti arasında Birgə bəyanatın qəbul edilməsini alqışlayıb.

 

Tərəflər GUAM çərçivəsində sahə əməkdaşlığı, o cümlədən informasiyanın kriptoqrafik müdafiəsi və GUAM-ın Virtual Mərkəzinin və energetika infrastrukturunun genişləndirilməsi üzrə layihənin həyata keçirilməsi sahəsində kompleks əməkdaşlıq məsələlərini müzakirə etmiş, qurumun 2015-2016-cı illər üçün sahə işçi qruplarının əlaqələndirici ölkələrinin təsdiq edilməsi ilə əlaqədar fikir mübadiləsi aparıblar.

 

Nümayəndə heyətləri Yaponiya tərəfinin tapşırığı ilə Macarıstan Regional Ətraf Mühit Mərkəzinin (REC) bu il oktyabrın 29-30-da Mərkəzi və Şərqi Avropada təşkil etdiyi 2-ci “Promoting Green Economy in GUAM countries: Promotion of renewable energy sources” seminarının yekunları barədə informasiyanı dinləyiblər. MƏŞ seminarı yüksək səviyyədə təşkil etdiklərinə görə Yaponiya tərəfinə və REC-ə təşəkkür edib. İclasda GUAM-ın dövlətlər, tərəfdaşlar və beynəlxalq təşkilatlar ilə əməkdaşlıq məsələləri müzakirə edilib.

 

AzərTac.az