GUAM-ın Kiyevdəki mənzil-qərargahında terrorizmə qarşı mübarizənin gücləndirilməsi və ekoloji cinayətlərin qarşısının alınması məsələləri Azərbaycan tərəfinin sədrliyi ilə müzakirə edilmişdir

Posted by

Mayın 13-16-da Ukrayna paytaxtında, GUAM-ın katibliyinin ofisində terrorizmə qarşı mübarizə üzrə işçi yarımqrupun (RPQ-TER) 12-ci iclası və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə işçi yarımqrupun (RPQ-NON) 14-cü iclası keçirilmişdir. Bu barədə AzərTAc-a təşkilatın Kiyevdəki mənzil-qərargahında məlumat verilmişdir.

GUAM-ın profil orqanlarının Azərbaycan tərəfin sədrliyi ilə keçirilmiş tədbirlərində GUAM iştirakçısı olan dövlətlərin nümayəndə heyətləri iştirak etmişlər.

RPQ-TER-in iclasında GUAM iştirakçısı olan dövlətlərin terrorizmə qarşı mübarizə və onun qarşısının alınması sahəsində milli qanunvericiliklərində dəyişikliklər, bu sahədə əməliyyat şəraiti və həyata keçirilən tədbirlər haqqında informasiya mübadiləsi aparılmışdır.

RPQ-NON-un iclasında tərəflər narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində çoxtərəfli əməkdaşlığın, o cümlədən səlahiyyətli milli orqanların operativ fəaliyyəti və qanunvericilik bazasının aktual məsələlərini müzakirə etmişlər.

İclas iştirakçıları “II heroin marşrutu – informasiya şəbəkələri layihəsi” çərçivəsində Avropa İttifaqının müvafiq strukturları ilə birlikdə həyata keçirilmiş bəzi tədbirlər haqqında GUAM Katibliyinin məlumatını dinləmişlər.

Hər iki işçi yarımqrupda tərəflər müvafiq milli strukturların əməkdaşlığının inkişafı prosesində GUAM-ın Virtual Mərkəzinin potensialından daha fəal istifadə etməyin zəruri olmasını vurğulamışlar.

Növbəti profil iclasların bu il noyabr ayında keçirilməsi planlaşdırılır. Bu tədbirlərlə eyni zamanda ATƏT layihələrinin əlaqələndiricisinin Ukraynadakı ofisi ilə birlikdə mayın 15-də transsərhəd ekoloji cinayətlərin aşkar edilməsi və qarşısının alınması sahəsində ATƏT-in işinə həsr olunmuş beynəlxalq videokonfrans təşkil edilmişdir.

Video konfransda GUAM üzvü olan 4 ölkənin hamısının nümayəndələri, habelə ATƏT-in Vyanadakı ofisinin əməkdaşları iştirak etmişlər.

Bu sahədə beynəlxalq ekspertlər ekologiya sahəsinin və GUAM üzvü olan dövlətlərin müvafiq hüquq-mühafizə orqanları üçün beynəlxalq xarakterli ekoloji cinayətlərə qarşı mübarizənin gücləndirilməsi və belə cinayətlərin qarşısının alınması məsələləri üzrə tədris seminarı keçirmişlər.

AzərTac.az