GUAM-ın Kiyevdəki mənzil-qərargahında insan alverinə və qeyri-leqal miqrasiyaya qarşı mübarizə məsələləri müzakirə edilmişdir

Posted by

İyunun 26-27-də GUAM-ın Ukrayna paytaxtındakı Katibliyində insan alverinə və qeyri-leqal miqrasiyaya qarşı mübarizə üzrə işçi yarımqrupun 13-cü iclası keçirilmişdir. Bu barədə AzərTAc-a təşkilatın Kiyevdəki mənzil-qərargahında məlumat verilmişdir.

İclas iştirakçıları GUAM-ın üzvü olan dövlətlərin insan alverinə və qeyri-leqal miqrasiyaya qarşı mübarizə sahəsində milli qanunvericiliyi, bu sahədə əməliyyat şəraiti və görülən tədbirlər, o cümlədən ikitərəfli əməkdaşlıq haqda informasiya mübadiləsi etmişlər. Beynəlxalq əməkdaşlığın inkişafı və yarımqrup çərçivəsində il ərzində görüləcək tədbirlərin təşkili ilə bağlı bəzi məsələlər də müzakirə edilmişdir.

İclasın yekunlarına əsasən müvafiq protokol tərtib olunmuşdur. Növbəti profil tədbir cari ilin dördüncü rübündə keçiriləcəkdir.

AzərTac.az