GUAM-ın baş katibi: “Ərazilərimizin bir hissəsi işğal altında qalınca, münaqişələr baş verəcək və onlar həll etmək çətin olacaq”

Posted by

GUAM-ın baş katibi: “Ərazilərimizin bir hissəsi işğal altında qalınca, münaqişələr baş verəcək və onlar həll etmək çətin olacaq”GUAM-ın baş katibi: “Ərazilərimizin bir hissəsi işğal altında qalınca, münaqişələr baş verəcək və onlar həll etmək çətin olacaq”

GUAM-ın baş katibi: “Ərazilərimizin bir hissəsi işğal altında qalınca, münaqişələr baş verəcək və onlar həll etmək çətin olacaq”

“GUAM ölkələri ərazilərinin işğal altında olmasından əziyyət çəkir. Bu hallar ona görə baş verir ki, dövlətlərimizin bir hissəsi işğal altındadır. Bu üzdən də münaqişələrin sülh yolu ilə həll variantlarını axtarmaq lazımdır”.

 

Bunu APA-ya açıqlamasında GUAM-ın baş katibi Valeri Çeçelaşvili son günlər Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verənləri şərh edərkən deyib.

 

“Təəssüf ki, bu, təkcə Ermənistan-Azərbaycan münaqişəsinə aid deyil. Oxşar durum bənzər münaqişələrdə də müşahidə olunur. Fundamental problem həll olunmayınca, ərazilərimizin bir hissəsi işğal altında qalınca və orada digər dövlətlərin qoşunları qeyri-qanuni yerləşdikcə, bu cür münaqişələr baş verəcək və onlar həll etmək çətin olacaq”, – deyə o bildirib.

 

V. Çeçelaşvili həmçinin qeyd edib ki, GUAM məkanında mövcud münaqişələr arasında oxşar cəhətlər çox olsa da, hər bir münaqişənin öz tarixi və nizamlanma formatı var: “GUAM Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupu çərçivəsində aparılan proses, Gürcüstandakı münaqişələr üzrə Cenevrə danışıqları və Dnestryanı münaqişə üzrə “5+2” kimi formatlarda iştirak etmir. Münaqişələrin sülh yolu ilə nizamlanması prinsipinə əsaslanan ardıcıl mövqeyimiz var. Bu mövqe dövlət başçılarının 23 may 2006-cı il tarixli bəyanatına əsaslanır və BMT Baş Assambleyasında irəli sürdüyümüz birgə qətnamə layihəsində yer alıb. Ardıcıl, yaxşı işlənib hazırlanmış və prinsipial mövqemiz var”.

 

APA.az