GUAM münaqişələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair protokol qəbul edib

Posted by

GUAM münaqişələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair protokol qəbul edibGUAM münaqişələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair protokol qəbul edib

GUAM münaqişələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair protokol qəbul edib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov 2014-cü ilin 26 sentyabr tarixində BMT Baş Məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində Demokratiya və İqtisadi İnkişaf Naminə GUAM təşkilatının xarici işlər nazirləri Şurasının 23-cü iclasında iştirak edib.

Trend Azərbaycan XİN-in rəsmi saytına istinadən məlumat verir ki, görüşün sonunda GUAM xarici işlər nazirləri Şurası tərəfindən protokol qəbul olunub.

 

Protokolda BMT nizamnaməsi, GUAM-ın öz nizamnaməsi, habelə ATƏT-in təməl sənədlərində öz əksini tapmış və hamı tərəfindən tanınmış beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik bir daha təsbit olunub. Sənəddə münaqişələrin suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət əsasında həlli xüsusi vurğulanıb.

 

İclasda GUAM təşkilatının digər beynəlxalq təşkilatlar və dövlətlərlə əlaqələri və sahəvi praktiki əməkdaşlıq məsələləri müzakirə olunub.

 

Trend.az