GUAM katibliyində korrupsiyaya və çirkli pulların yuyulmasına qarşı mübarizə məsələləri müzakirə olunub
Mayın 14-15-də Kiyevdə yerləşən GUAM Katibliyində Korrupsiyaya və çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə köməkçi işçi qrupunun 12-ci iclası keçirilib. İclasda təşkilatın iştirakçısı olan bütün dövlətlərin nümayəndə heyətləri iştirak ediblər. Bu barədə AZƏRTAC-a GUAM-ın mənzil-qərargahından bildiriblər.
İclas iştirakçıları göstərilən fəaliyyət sahəsində səlahiyyətli orqanların əməkdaşlığına dair aktual məsələləri müzakirə ediblər.
İclasın nəticələri üzrə müvafiq protokol qərarları qəbul edilib.
Köməkçi qrupun növbəti iclası oktyabr ayında keçiriləcək.
AzərTac.az