Gürcüstanın baş naziri dini icmaların nümayəndələrini qəbul edib

Posted by

Gürcüstanın baş naziri dini icmaların nümayəndələrini qəbul edibGürcüstanın baş naziri dini icmaların nümayəndələrini qəbul edib

Gürcüstanın baş naziri dini icmaların nümayəndələrini qəbul edib

Gürcüstanın baş naziri İrakli Qaribaşvili ölkədə fəaliyyət göstərən müxtəlif dini icmaların rəhbərlərini qəbul edib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, görüşdə baş nazirə dini qurumların vəziyyəti və onların ehtiyacı barədə ətraflı məlumat verilib.

 

Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaxmadze yeni vəzifəyə təyin olunduğu 6 ay ərzində baş verən yeniliklər və görülən işlər barədə, həmçinin baş nazirin təşəbbüsü ilə dini konfessiyalara ayrılan maliyyə vəsaitinin onların hesablarına köçürülməsi, dini icmaların qeydiyyatına başlanması və həyata keçiriləcək layihələr haqqında hesabat xarakterli çıxış edib.

 

Tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Ramin İgidov, GMİ-nin gürcü müsəlmanları üzrə müftisi Beqlyar Kamanidze, Şərqi Gürcüstan üzrə müfti Yasin Əliyev və digər din adamları çıxış edərək görülən işlərə görə baş nazirə təşəkkür ediblər və ölkədə qəbul olunması gözlənilən “Din haqqında” qanunla bağlı fikir və təkliflərini bildiriblər.

 

 

Apa.az