Gürcüstan parlamenti Ukraynaya dair qətnamə qəbul edib

Posted by

Gürcüstan parlamenti Ukraynaya dair qətnamə qəbul edib

 

Gürcüstan parlamenti Ukraynaya dair qətnamə qəbul edib

Gürcüstan parlamenti Ukraynaya dair qətnamə qəbul edib

 

Martın 6-da Gürcüstan parlamenti Ukraynaya dair qətnamə qəbul edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, qətnaməyə 74 deputat səs verib. Parlament Ukrayna xalqının Avropa seçimini və Ukraynanın ərazi bütövlüyü və suverenliyini tam dəstəkləyib; Rusiyanın suveren Ukraynaya qarşı zorakılıq aktlarını, beynəlxalq hüquq və ikitərəfli sazişləri pozduğunu pisləyib. Parlament Gürcüstan hökumətini Ukrayna hakimiyyət nümayəndələri ilə məsləhətləşmələri davam etdirməyə və lazım olarsa, Ukrayna xalqına kömək etməyə çağırıb.

 

Gürcüstan parlamenti hökuməti BMT-nin himayəsi altında planlaşdırılmış, ATƏT, Aİ, Avropa və digər beynəlxalq təşkilatların, sülhməramlı, müşahidə Şurasının və humanitar missiyaların işində fəal iştirak etməyə; eyni zamanda Rusiya Federasiyasını Ukraynadan hərbi hissələrini geri çəkməyə və Ukrayna dövlətçiliyinə zərər verməsinə yönəlmiş bütün hərəkətləri dayandırmağa çağırıb.

 

Parlamentin qəbul etdiyi sənəddə eyni zamanda beynəlxalq ictimaiyyəti, ilk növbədə AB və ABŞ-ı Ukrayna xalqına dəstək və Ukrayna hakimiyyətini Rusiya təcavüzündən qorumaq və hərbi münaqişəyə qarşı siyasi və iqtisadi tədbirlər görməyə çağırıb.

 

Qətnamədə bildirilib ki, AB və NATO Ukraynanın Avropaya inteqrasiyasını tezləşdirsin. Sənəddə həmçinin Gürcüstanın da inteqrasiyaya hazır olduğu bildirilib.

 

Qeyd edək ki, “Ukraynaya dair qətnamə” sənədi parlamentdə azlıq və çoxluq deputatlarının iki gün davam edən məsləhətləşmələrindən sonra qəbul edilib.

 

Apa.az