Goranboyda əmək yarmarkası keçirilib
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədilə növbəti əmək yarmarkası bu gün Goranboy rayonunda keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu aktiv məşğulluq tədbirində rayon ərazisində fəaliyyət göstərən 9-u özəl sektora aid 26 müəssisədən ümumilikdə 251 boş (vakant) iş yeri işsiz və işaxtaranlara təklif olunub. Onların sırasında sosial cəhətdən həssas əhali qruplarına aid vətəndaşlar, o cümlədən əlilliyi olan şəxslər üçün kvota üzrə iş yerləri də olub.
Yarmarkada 50 nəfər vətəndaşa boş (vakant) iş yerlərinə göndəriş verilib.
Dövlət Məşğulluq Xidməti tərəfindən avqustun 29-da respublikanın daha iki rayonunda – Kürdəmir və Samux rayonlarında da əmək yarmarkalarının keçirilməsi nəzərdə tutulur.
Trend/az