Gənclərin fövqəladə hallara hazır olması ilə bağlı konfrans keçirilib

Posted by

Gənclərin fövqəladə hallara hazır olması ilə bağlı konfrans keçirilib

 

Gənclərin fövqəladə hallara hazır olması ilə bağlı konfrans keçirilib

Gənclərin fövqəladə hallara hazır olması ilə bağlı konfrans keçirilib

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) «Gənclərin fövqəladə hallara hazır olması fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında əsas faktorlardan biri kimi» mövzusunda elmi praktiki konfrans keçirilib.

 

APA-nın məlumatına görə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGİ) tərəfindən dəstəklənən tədbirdə Azərbaycanda fəaliyyət göstərən müxtəlif universitetlərin tələbələri, həmçinin Təhsil Nazirliyinin nümayəndələri iştirak ediblər.

 

Konfransda əvvəlcə FHN-in əməkdaşlarının fəaliyyətini əks etdirən foto ekspozisiya və videoçarx nümayiş olunub.

 

Tədbirdə çıxış edən ADİU-nun prorektoru Zəfər Bayramov qeyd edib ki, Azərbaycan dövlətinin əsas prioritetlərindən biri ərazilərin və insanların təhlükəsizliyinin təmin olunması işinin təşkilidir. Bu istiqamətdə FHN tərəfindən davamlı tədbirlər həyata keçirilir.

 

FHN Bakı Regional Mərkəzinin rəis müavini Cəfər Məmmədov isə bildirib ki, tədbirin keçirilməsində məqsəd gənc müəllim və tələbələrin insanların həyat fəaliyyətinin təhlükəsizliyi məsələlərinə baxışlarını öyrənmək, bu sahədə problem və perspektivləri müzakirə etmək, yeni fikir və ideyaları ortaya çıxarmaqdan ibarətdir. Analoji konfranslar FHN Bakı Regional Mərkəzi və ATGİ birgə təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə dördüncü ildir keçirilir.

 

Konfransda müxtəlif universitetlərinin tələbələri ayrı-ayrı mövzular üzrə çıxışlar ediblər. Sonda konfransda fəal iştirak etmiş tələbələr fəxri fərmanla təltif edilib.

 

 

Apa.az