Gəncədəki “ASAN xidmət” mərkəzində hüquqi mövzuda təlim keçirilib

Posted by

Gəncədəki "ASAN xidmət" mərkəzində hüquqi mövzuda təlim keçirilib

Gəncədəki “ASAN xidmət” mərkəzində hüquqi mövzuda təlim keçirilib

Gəncədəki "ASAN xidmət" mərkəzində hüquqi mövzuda təlim keçirilib

Gəncədəki “ASAN xidmət” mərkəzində Könüllülər üçün ailə-nikah münasibətləri mövzusunda iki gün ərzində hüquqi təlim keçirilib.

Bakı Hüquq Mərkəzindən (BHM) Trend-ə verilən məlumata görə, təlimdə Gəncə “ASAN xidmət” mərkəzinin 25 nəfər könüllüsü iştirak edib.

BHM-in hüquqşünası Babək Həmidovun təlimçi kimi iştirak etdiyi ikigünlük təlimdə könüllülərə nikahın bağlanması qaydaları, ər-arvadın hüquq və vəzifələri, uşaqların ailədəki hüquqları, aliment öhdəlikləri, nikahın pozulması qaydaları, nikah pozularkən ər-arvadın hüquq və vəzifələri, birgə mülkiyyət barədə ətraflı məlumat verilib.

Təlim zamanı könüllülərin həm təlim mövzusuna aid, həm də digər hüquq münasibətlərinə aid sualları cavablandırılıb.

Təlimçi Babək Həmidovun dediyinə görə, təlim könüllülər tərəfindən yüksək qiymətləndirilib, digər hüquqi mövzularda da təlimlərin keçirilməsinə dair təkliflər verilib.

Qeyd edək ki, gələcəkdə könüllülər üçün digər hüquqi mövzularda da təlimlərin keçirilməsi nəzərdə tutulub.

 

Trend.az