Gəncədə müasir dövrdə iqtisad elminin aktual problemlərinə həsr edilmiş elmi-praktik konfrans keçirilmişdir

Posted by

Gəncə Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş “Müasir dövrdə iqtisad elminin aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, konfransda Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə “Müasir dövrdə iqtisad elminin aktual problemləri”, Azərbaycan Kooperasiya Universitetinin elmi işlər üzrə prorektoru, iqtisad elmləri doktoru Bayalı Ataşov “Azərbaycanın ərzaq təhlükəsizliyinin aktual problemləri” və Gəncə Dövlət Universitetinin professoru, fəlsəfə elmləri doktoru Oqtay Məmmədov “İqtisad elminin fəlsəfi aspektləri” mövzularında məruzələrlə çıxış etmişlər.

Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilmişdir.

AzərTac.az